Kiyevdə güləş üzrə beynəlxalq turnir keçirilib, yarışda Azərbaycanın qadınlardan ibarət komandası iştirak edib.
Oxu.Az xəbər verir ki, idmançılarımız Ukraynanın paytaxtında 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.
Fəxri kürsünün ən yüksək pilləsinə Mariya Stadnik (48 kq) və Natalya Sinişin (58 kq) qalxıblar. Anjela Droqan (55 kq) turnirin gümüş mükafatçısı olub.
Almaz İsmayılova (55 kq), Yuliya Ratkeviç (58 kq), Tatyana Omelçenko (60 kq) və Gözəl Zutova (69 kq) bürünc medal qazanıblar.
F.H.
www.oxu.az