Rusiya-Türkiyə münasibətlərinin kəskinləşməsinin işığında Türkiyədən Ermənistana qarşı təhlükə artmayıb.
Oxu.Az Armtoday-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın sabiq müdafiə naziri Vaqarşak Arutyunyan mətbuat konfransında bildirib.
V.Arutyunyan Türkiyənin Ermənistana qarşı bu ölkənin müsqətiqllik qazandığı gündən bəri yürütdüyü siyasətə diqqət etməyə çağırıb.
“1990-cı illərdə Türkiyə üçüncü səhra ordusunu sərhədlərimizdə yerləşdirərək Qarabağı qaytarmağımızı tələb edib. Türkiyə Ermənistan ilə sərhədi bağlayıb, bizim bu ölkə ilə diplomatik münasibətimiz yoxdur, bu isə düşmənçiliyin təzahürüdür.
Türkiyə Rusiya bazasının və Rusiya sərhədçilərinin çıxarılmasını, AES bağlanmasını tələb edirdi. Türkiyə Ermənistanın yox olması üçün hər şey edir”, - sabiq baş nazir bütün bunların Türkiyə tərəfindən Rusiya ilə münasibətlərin kəskinləşməsinə qədər etdiyini qeyd edib.
Xatırladaq ki, Türkiyənin üçüncü səhra ordusu Ermənistanın sərhədlərinə Tansu Çillərin hakimiyyətdə olduğu dövrdə yerləşdirilmişdi.
Həmin dövrdə Ermənistanın Müdafiə Nazirliyinə Vaqarşak Arutyunyan rəhbərlik edirdi.