AFFA-nın İntizam komitəsi “Qaradağ-Lökbatan” klubunun prezidenti Tahir Mustafayevi diskvalifikasiya edib.
Oxu.Az AFFA-nın saytına istinadla xəbər verir ki, diskvalifikasiya müddəti 10 matçdır. Bu matçlar ərzində onun stadionda görünmək hüququ yoxdur.
Tahir Mustafayev “Revan”la birinci divizionda Azərbaycan çempionatının 77-ci dəqiqəsində komandanı meydançadan aparıb və həmçinin arbitrləri təhqir edib. Həmçinin klub 3 min manat məbləğində cərimələnib.
Daha sonra matç davam etdirilib və 1:1 hesabı ilə başa çatıb.
F.H.
www.oxu.az