Aprelin 22-də saat 08:00-dan 23:00-dək Ceyranbatan və Saray qəsəbələrinə, Masazır qəsəbəsinin “Qurtuluş” yaşayış massivinə, Novxanı kəndinin bir hissəsinə, Yeni Biləcəri yaşayış sahəsinə içməli su məhdudiyyətlə veriləcək.
Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən məlumat verilib.
Qeyd edək ki, məhdudiyyətin yaranmasına səbəb yay mövsümünə hazırlıq işləri çərçivəsində magistral xətlərdə profilaktik tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Ülviyyə R.Əli
www.oxu.az