Makedoniyanın paytaxtı - Skopye şəhərində klublar arasında şahmat üzrə 31-ci Avropa çempionatı start götürüb.
Oxu.Az xəbər verir ki, starta 50 kişi və 12 qadın komandası çıxıb.
Turnirdə ölkəmizi keçən ilki çempion SOCAR klubu, eləcə də “Odlar Yurdu” klubu təmsil edir.
Birinci turda gözlənilməyən heç nə baş vermədi – qələbəni əsasən favoritlər qazandı. SOCAR Finlandiyanın “Tammer Shakki” klubuna 5.5 - 0.5 hesabı ilə qalib gəldi.
“Odlar yurdu” 4-2 hesabı ilə İngiltərəni təmsil edən “White Rose”a qalib gəlib. Ülvi Bacarani, Nicat Abbasov, Qadir Hüseynov və Zaur Məmmədov qələbə çalıblar.
Nəticələrlə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:
http://chess-results.com/tnr188529.aspx?lan=11&art=0&flag=30&wi=821