2025-ci il Klublararası dünya çempionatının qrup mərhələsində İngiltərənin "Çelsi" və ABŞ-nin "Los-Anceles" klubları qarşılaşıb.
Oxu.Az xəbər verir ki, London klubu 2:0 hesabı ilə qalib gəlib.
Qarşılaşmada hesabı 34-cü dəqiqədə Pedru Netu açıb. 80-ci dəqiqədə yarımmüdafiəçi Enso Fernandes avropalıların üstünlüyünü ikiyə çatdırıb.