Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Klublararası dünya çempionatı: "Yuventus"dan böyükhesablı qələbə
İtaliyanın "Yuventus" komandası klublararası dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Mərakeşin "Uidad Kasablanka" klubuna 4:1 hesabı ilə qalib gəlib.
Oxu.Az xəbər verir ki, qarşılaşma Filadelfiyada (ABŞ, Pensilvaniya) baş tutub.
"Yuventus"un tərkibində Kenan Yıldız dubla imza atıb, daha bir qolu Duşan Vlahoviç vurub. Digər qol isə avtoqol olub.
Hazırda G qrupuna 6 xalla "Yuventus" başçılıq edir. İngiltərənin "Mançester Siti" və BƏƏ-nin "Əl Ayn" klubları da G qrupunda mübarizə aparır.
"Klublararası dünya çempionatı" teqi üzrə xəbərlər
- "Real Madrid" rəhbərliyi klublararası dünya çempionatının iki ildən bir keçirilməsini istəyir
- Tramp klublararası dünya çempionatının qızıl medalını cibinə qoyub
- Enzo Fernandes unikal nailiyyətə imza atıb
- Final matçında futbolçuya hücum edən Luis Enrikenin cəzası bəlli oldu
- FIFA klublararası dünya çempionatında komandalar nə qədər qazanc əldə edib?
Ən çox oxunanlar