İyunun 15-də start götürəcək Klublararası Dünya Çempionatını ölkəmizdə yayımlayacaq telekanal məlum olub.
Oxu.Az xəbər verir ki, ABŞ-də keçiriləcək turniri Azad Azərbaycan (ATV) kanalı yayımlayacaq.
Qeyd edək ki, Klublararası Dünya Çempionatının ilk oyununda Misir təmsilçisi "Əl-Əhli" "İnter Mayami" ilə qarşılaşacaq. İyunun 15-dən iyulun 13-dək keçiriləcək turnirdə 8 qrupa bölünməklə 32 komanda iştirak edəcək.