"Borussiya" ABŞ-də keçirilən FIFA Klublararası dünya çempionatının səkkizdəbir final mərhələsində Meksikanın "Monterrey" klubuna qalib gəlib.
Oxu.Az xəbər verir ki, oyun 2:1 hesabı ilə başa çatıb.
Dortmund təmsilçisinin heyətində Seru Girassi dubl ilə yadda qalıb, "Monterrey"in yeganə qoluna isə Herman Berterame imza atıb.
Beləliklə, "Borussiya" turnirin dörddəbir final mərhələsində "Real Madrid"ə rəqib olub. Görüş iyulun 5-də baş tutacaq.
ABŞ-də keçirilən klublararası dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində "Real Madrid" və "Yuventus" komandaları qarşılaşıblar.
Oxu.Az xəbər verir ki, Mayamidə keçirilmiş oyun ispanların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
Görüşdə yeganə qolu 54-cü dəqiqədə Torres vurub.
Qələbə sayəsində 1/4 final mərhələsinə adlayan "Real Madrid" bu mərhələdə "Borussiya Dortmund" - "Monterrey" cütünün qalibi ilə üz-üzə gələcək.