İranın Bocnurd şəhərində keçirilən yunan-Roma güləşi üzrə klublararası Dünya Kubokuna yekun vurulub.
Oxu.Az xəbər verir ki, Azərbaycanı təmsil edən və gənc heyətlə qatılan “Atasport” son görüşdə İranın “Sircan” komandasına 6:4 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.
Həlledici qarşılaşmada Ziyad Zeynalov (-55 kq), Əsgər Əlizadə (-60 kq), Zaur Nuriyev (-63 kq), Azad Əliyev (-72 kq), Arif Niftullayev (-97 kq) və Oyan Nəzəriani (-130 kq) görüşlərini qələbə ilə başa vurub.
Yarışın qalibi isə Avropa və dünya çempionumuz Eldəniz Əzizlinin yarışdığı “İran Mol” komandası olub. Bununla da Eldəniz Əzizli ardıcıl ikinci dəfə klublararası Dünya Kubokunun qalibi adını qazanıb.
Həmçinin, sərbəst güləşdə klubların yarışına start verilib. Olimpiya mükafatçılarımız Hacı Əliyevlə Cəbrayıl Həsənovun çıxış etdiyi “İran Mol” komandası finala çıxıb. Onların komandası bu axşam final görüşünə çıxacaq.
Səbuhi Musayev