"Şəfa" klubu növbəti futbolçu transferini reallaşdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb.
Fransalı yarımmüdafiəçi Omar Abdulaye Diav ilə 2+1 illik müqavilə imzalanıb. 25 yaşlı futbolçu son olaraq Belçikanın "Akren-Lessin" klubunda çıxış edib.
O, ölkəsində isə "Olimpik Markkua" və "Krua" komandalarının formasını geyinib.

Abdulla Rzayev icarə əsasında "Araz-Naxçıvan"ın formasını geyinəcək.
Oxu.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Sabah"a məxsus olan müdafiəçi ilə 1 illik müqavilə bağlanıb.
Xatırladaq ki, 24 yaşlı futbolçu 2023/2024 mövsümündə də Naxçıvan təmsilçisinin heyətində çıxış edib. O, son mövsümü "Şamaxı"da keçirib.
Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mamadu Kane, Ağadadaş Salyanski, Boyan İliç, Mustafa Əhmədzadə və Luka Dumançiçlə müqavilə imzalayıb.

"Kəpəz" futbol klubu belçikalı yarımmüdafiəçi Desmond Akuanı heyətinə cəlb edib.
Oxu.Az Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı oyunçu ilə 2026/2027 mövsümünün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, D.Akua son olaraq Belçikanın "Dender" klubunda çıxış edib. O, ötən mövsüm bütün turnirlərdə keçirdiyi 15 oyunda 2 qol vurub.
