"Kəpəz" portuqaliyalı hücumçunun transferini reallaşdırıb.
Klubdan Oxu.Az-a verilən məlumata görə, Azuma Abubakar bundan sonra "sarı-göylər"in formasını geyinəcək.
Forvard ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. 29 yaşlı forvardın son klubu Avstriya "Lustenau"su olub. Azuma Abubakar Portuqaliyanın U-19 milli komandasının da formasını geyinib.

"Şəfa" futbol klubu daha bir transferini reallaşdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun məlumatında qeyd edilib.
Bildirilib ki, qvineyalı vinger Bafode Dansoko ilə 1 illik müqavilə imzalanıb.
30 yaşlı futbolçu son olaraq İsveçrə təmsilçisi "Vintertur"da çıxış edib.
Karyerası ərzində, o, Belçikanın "Patro Eysden", "KMSK Deynze", "La Luvyer", Fransanın "Vol-an-Velen" və "Vaskal" klublarının da formasını geyinib.