"Yuventus" futbol klubu PSJ-nin hücumçusu Randal Kolo Muaninin keçidini tamamlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist və insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Turin təmsilçisi 27 yaşlı oyunçunu mövsümün sonuna qədər satınalma öhdəliyi ilə icarəyə götürüb. Transferin dəyərinin 45 milyon avrodan çox olduğu bildirilir.
Bu həftə futbolçu müqavilə imzalamaq üçün tibbi baxışdan keçəcək. Kolo Muani 2024/25 mövsümündə icarə əsasında "Yuventus"un formasını geyinib. O, 2025/26 mövsümünü isə "Tottenhem"də keçirərək, meydana çıxdığı 41 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.