"Gələcəkdə öz sözümü deyəcəyəm".
Oxu.Az-ın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında U17 dünya çempionatında gümüş medal qazanan Əli Cavadlı (45 kq) deyib.
Gənc idmançı bildirib ki, üzərində böyük məsuliyyət hiss edib.
"Hazırda danışmaq mənim üçün çətindir. Məndən gözləntilər böyük idi. Qarşıda məni uzun yol gözləyir. Daha yaxşı nəticələr əldə etmək üçün əlimdən gələni edəcəyəm. İnşallah, gələcəkdə öz sözümü deyəcəyəm. Heç vaxt ruhdan düşməyəcəyəm", - deyə Əli Cavadlı bildirib.
Qaynar xətt:
(055) 224 12 12