60 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən yunan-Roma güləşçisi Elmir Çərkəzov U17 dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.
Oxu.Az-ın məlumatına görə, o, Hinata Hanamori (Yaponiya) ilə qarşılaşıb.
Görüş Azərbaycan təmsilçisinin 9:0 hesablı qələbəsi ilə başa çatıb.
18:38
Azərbaycanın yunan-Roma güləşçisi Abdulrəhman Hüseynli U17 dünya çempionatında gümüş medal qazanıb.
Oxu.Az xəbər verir ki, 51 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Abdulrəhman Hüseynli final görüşündə Özbəkistan təmsilçisi Bunyod Hasanovla üz-üzə gəlib.
Final qarşılaşması rəqibin üstünlüyü ilə başa çatıb. Abdulrəhman Hüseynli 9:0 hesabı ilə məğlub olaraq dünya çempionatının gümüş medalına sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl 45 kq çəki dərəcəsində mübarizə aparan Əli Cavadlı da gümüş medal qazanıb.
60 kq çəki dərəcəsində çıxış edən Elmir Çərkəzov isə bürünc medal uğrunda görüşə çıxacaq.
Xatırladaq ki, ötən gün Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) bürünc, İsfahan Həsənov (80 kq) isə gümüş medal qazanıb.
Mundiala avqustun 2-də yekun vurulacaq.
45 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən yunan-Roma güləşçisi Əli Cavadlı U17 dünya çempionatında final görüşünə çıxıb.
Oxu.Az-ın məlumatına görə, o, həlledici qarşılaşmada Raylen Bezer Voksla (ABŞ) qarşılaşıb.
Matç rəqibin üstünlüyü ilə başa çatıb - 13:5.
Qeyd edək ki, Ə.Cavadlı final yolunun müvafiq mərhələlərində Oqnyan Burqazov (Bolqarıstan), Luka Bolkvadze (Gürcüstan) və Armin Amin Esmaelidən (İran) güclü olub.
Xatırladaq ki, bu gün Azərbaycan daha iki medal qazana bilər.
Belə ki, Abdulrahman Hüseynli (51 kq) Bunyod Hasanovla (Özbəkistan) final qarşılaşmasında çempionun adına aydınlıq gətirəcək.
Elmir Çərkəzov (60 kq) isə "bürünc" uğrunda döşəyə çıxacaq.
Əlavə edək ki, dünən Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) bürünc medal, İsfahan Həsənov (80 kq) gümüş medal qazanmışdı.
Dünya çempionatına avqustun 2-də yekun vurulacaq.