Kolumbiya Futbol Federasiyası (FCF) 2026-cı il dünya çempionatının İsveçrəyə qarşı 1/8 final matçında məğlubiyyətdən (0-0, penaltilərdə 3-4) sonra yarımmüdafiəçi Haminton Kampasa və onun ailəsinə qarşı təhdidləri pisləyən bəyanatla çıxış edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Championship" nəşri məlumat verib.
"Heç bir idmançı və ya onun ətrafından heç kim ölkəni idman arenasında təmsil etdiyinə görə hədə-qorxu obyektinə çevrilməməlidir.
Hər dəfə meydana çıxdıqda, onlar (futbolçular) bunu bütün güclərini sərf etmək əzmi və mümkün olan ən yaxşı nəticəni əldə etmək məqsədi ilə edirlər.
Futbol birlik, hörmət və ümid məkanı olmalıdır, nifrət, hədə-qorxu və ya zorakılıq yeri deyil. Buna görə də FCF bütün kolumbiyalıları unutmamağa çağırır ki, idman rəqabətinə xas olan fikir ayrılıqları heç vaxt öz həyatlarını ölkələrini təmsil etməyə həsr edənlərə qarşı təhdidlərə və ya təcavüzə çevrilməməlidir. İdmançılarımızı qorumaq, həmçinin idman dəyərlərimizi və milyonlarla kolumbiyalını ölkənin milli komandası ətrafında birləşdirən qürur hissini qorumaq deməkdir", - deyə təşkilatın rəsmi saytında bildirilib.