Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) 1/8 final mərhələsi yekunlaşıb.
Oxu.Az xəbər verir ki, mərhələnin sonuncu görüşü İsveçrə - Kolumbiya qarşılaşması olub.
Kanadanın Vankuver şəhərində baş tutan oyunun əsas vaxtında qol səsi eşidilməyib - 0:0.
Əlavə vaxtda da hesab dəyişmədiyinə görə qalibi müəyyənləşdirmək üçün penalti seriyasına keçilib.
Penalti zərbələrini daha dəqiq yetirən (4:3) isveçrəli futbolçular 1/4 final mərhələsinə çıxaraq Argentina yığmasına rəqib olublar.
Qeyd edək ki, 1/4 final mərhələsində, həmçinin Fransa - Mərakeş, İspaniya - Belçika, Norveç - İngiltərə matçları keçiriləcək.