Misirin mədəniyyət naziri Cihan Zəki məhkəmənin onun tərəfindən əqli mülkiyyət hüquqlarının pozulduğunu müəyyən etməsindən sonra istefa verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Əş-Şuruk" nəşri məlumat yayıb.

Nazir bəyanatında məhkəmənin qərarına hörmət etdiyini və hökuməti çətin vəziyyətə salmamaq üçün vəzifəsindən getdiyini bildirib. Baş nazir Mustafa Mədbuli onun istefasını qəbul edib.
Qeyd edək ki, yazıçı Süheyr Əbdülhəmid naziri öz kitabının böyük bir hissəsini icazəsiz istifadə etməkdə ittiham edib. Məhkəmə Zəkini yazıçıya 100 min Misir funtu (təxminən 3 500 manat) məbləğində kompensasiya ödəməyə və nazirin kitabının satışdan çıxarılmasına qərar verib. Cihan Zəki bu qərardan şikayət verməyə çalışsa da, onun hər iki apellyasiyası təmin olunmayıb.