Hücumameyilli yarımmüdafiəçi Xames Rodriges Kolumbiya milli komandasındakı karyerasını başa vurduğunu elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə futbolçu sosial şəbəkə hesablarında yazıb.
"Məqam yetişdi. Hər bir oyuna, hər bir sevincə, hər bir göz yaşına və hər bir xoşbəxt ana görə təşəkkür edirəm. Kolumbiya millisinin şərəfini qorumaq həyatımdakı ən böyük şərəfli məqamlardan biri idi. Təşəkkürlər, Kolumbiya" , - deyə 35 yaşlı Rodriges bildirib.
Rodriges Kolumbiya yığmasının heyətində 131 oyun keçirib və 31 qol vurub. O, milli komandanın tarixində ən yaxşı bombardirlər siyahısında yalnız Radamel Falkaodan geri qalaraq ikinci yeri tutur. Xames 2014-cü il dünya çempionatının ən yaxşı bombardiri olmuşdu.
"Real Madrid" və "Bavariya"nın keçmiş futbolçusu hazırda Kolumbiyanın "Atletiko Nasional" klubunda çıxış edir.