Türkiyənin İzmir şəhərindəki "Makbule Süleyman Alkan" orta məktəbində 27 cüt əkiz təhsil alır.
Oxu.Az "Haber7"yə istinadən xəbər verir ki, məktəb 2003-cü ildən Buca rayonunda fəaliyyət göstərir və təxminən 1 600 şagird orada təhsil alır.
Bu tədris ilində məktəbin məktəbəhazırlıq qrupunda bir cüt, altıncı və yeddinci siniflərində hər birində dörd cüt, beşinci və səkkizinci siniflərində isə hər birində doqquz cüt əkiz oxuyur.
Müəllimlər etiraf edirlər ki, ilk vaxtlar bir-birinə bənzəyən uşaqları bəzən səhv salsalar da, sonradan onları saç düzümləri, geyimləri, xarakterləri və bacarıqlarına görə fərqləndirməyi öyrənirlər.