“Qarabağ”ın yeni transferi Kevin Medina Bakıya gəlib.
Oxu.Az xəbər verir ki, kolumbiyalı futbolçu Bakı Olimpiya Stadionunun şəklini paylaşaraq, ispanca bu sözləri yazıb:
“Bir dəfə hiss etdiklərimizi yenidən hiss edək”.
27 yaşlı mərkəz müdafiəçisi Bakıda tibbi müayinədən keçdikdən sonra 2+1 şərti ilə müqavilə bağlayacaq və “Qarabağ”ın hazırlıq keçdiyi Qəbələyə yola düşəcək.
Səbuhi Musayev