Bu gün AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov və vitse-prezident Rauf Əliyev Kolumbiyanın ölkəmizdəki səfiri Antonio Dimate Kardenasla görüşüb.
AFFA-nın saytı xəbər verir ki, görüşdə iki ölkənin futbol qurumları arasında qarşılıqlı əməkdaşlıq və onun perspektivləri müzakirə olunub.
Həmçinin, gənclərdən ibarət komandalar arasında yoldaşlıq oyunlarının keçirilməsi barədə fikir mübadiləsi aparılıb.