Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Komanda yoldaşını dişləyən Olimpiya çempionu heyətdən kənarlaşdırılıb
Fransanın reqbi üzrə "Biarrits Olimpik" komandasının oyunçusu, 2016-cı ildə Fici yığmasının heyətində Olimpiya çempionu olmuş Masivesi Dakuvaka komanda yoldaşını dişlədiyi üçün heyətdən kənarlaşdırılıb.
Oxu.Az "Fiji Village"ə istinadən xəbər verir ki, hadisə əyləncə zamanı baş verib.
Şahidlərin sözlərinə görə, Fici millisinin üzvü ilə digər komanda yoldaşı arasında pul üstündə mübahisə yaranıb. Zərərçəkən isə münaqişəyə müdaxilə etməyə çalışarkən xəsarət alıb və onun yanağına iyirmi tikiş qoyulub.
Dakuvaka əməlini etiraf edib, lakin hadisələri xatırlamadığı üçün hərəkətinin səbəbini izah edə bilməyib. Baş verənlərə görə klubundan kənarlaşdırılan 30 yaşlı oyunçunun mayda məhkəmə qarşısına çıxacağı bildirilir.
"olimpiya çempionu" teqi üzrə xəbərlər
- Hidayət Heydərov ilin ən yaxşı cüdoçusu seçilə bilər
- İkiqat olimpiya mükafatçısı polis əməkdaşına hücum etdiyinə görə həbs edilib
- Dünyanın ən yaşlı olimpiya çempionu vəfat etdi
- Dördqat Olimpiya çempionu insult keçirərək reanimasiyaya düşüb
- Ata qarşı sərt davranan üçqat Olimpiya çempionu diskvalifikasiya edilib
Rəylər