Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” və Belçika “Gent”i arasında qarşılaşmada təmsilçimiz qələbə qazanıb. Azərbaycan təmsilçisi görüşdə minimal hesablı qələbəyə sevinib.




Daha çox şəkil burada: PhotoStock.az
23:21
Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” və Belçika “Gent”i arasında qarşılaşmada hesab açılıb. Komandamızın heyətində 78-ci dəqiqədə L.Andrade fərqlənib.




22:55
Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” və Belçika “Gent”i arasında keçirilən qarşılaşmada 51-ci dəqiqədə təmsilçimiz penalti vurmaq imkanı qazanıb. “Qarabağ”ın heyətində Ramil Şeydayev zərbəni dəqiq yerinə yetirə bilməyib.
22:48
Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” və Belçika “Gent”i arasında keçirilən qarşılaşmanın ikinci hissəsi start götürüb.
22:33
Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” və Belçika “Gent”i arasında keçirilən qarşılaşmanın ilk hissəsi qolsuz bərabərsizliklə yekunlaşıb.
21:45
Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” və Belçika “Gent”i arasında keçirilən qarşılaşma start götürüb.
20:35
Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək “Qarabağ” və Belçika “Gent”inin start heyətləri açıqlanıb.
Avropa futbol qurumunun rəsmi saytında verilən məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
“Qarabağ”: 23. Luka Quqeşaşvili. 6. Julio Romao, 8. Marko Yankoviç, 9. Musa Qurbanlı, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov
“Gent”: 33.Deyvi Rof, 2.Cozef Okumu, 5.Mişel Nqadye-Nqacui, 7.Xönseok Xon, 11.Uqo Kuypers, 13.Jülyen De Sart, 14. Alessio Kastro-Montes, 20. Villi Orban, 23.Cordan Torunariqa, 24.Sven Kums, 31.Bruno Qodo
Baş məşqçi: Heyn Vanhazebruk
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
09:08
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə start veriləcək.
Oxu.Az xəbər verir ki, turnirdəki yeganə təmsilçimiz “Qarabağ” da bu mərhələdə ilk matçına çıxacaq.
Qurban Qurbanovun yetirmələri Belçika “Gent”ini qəbul edəcək. Bakı vaxtı ilə 21:45-də başlayacaq görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
“Köhlən atlar” bu vacib matça ciddi itkilərlə çıxacaq. Əsas qapıçı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Abbas Hüseynov zədə səbəbindən bu oyunu buraxacaq. Mərkəz müdafiəçisi Kevin Medina isə cəzalı durumda olduğundan komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, komandalar arasında cavab matçı fevralın 23-də Belçikada keçiriləcək.
16 fevral
UEFA Konfrans Liqası
Pley-off
21:45. “Qarabağ” (Azərbaycan) - “Gent” (Belçika)
Hakimlər: Mohammed Al-Hakim, Fredrik Klyver, Robin Vilde (İsveç)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.




Daha çox şəkil burada: PhotoStock.az