UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Qəbələ” doğma meydanda Macarıstan təmsilçisi “Fehervar”la qarşılaşıb.
Oxu.Az xəbər verir ki, oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk hissədə təmsilçimizin heyətində Rövlan Muradov, “Fehervar”da isə Zivzivadze fərqlənmişdisə, ikinci hissədə Felipe Santos “Qəbələ”nin qələbə qolunu vurub.
Bununla belə, "qırmızı-qaralar" mərhələni keçə bilməyərək mübarizəni dayandırıblar. Belə ki, ilk oyunda macarlar 4:1 hesablı qələbə qazanmışdı.
20:55
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Qəbələ” doğma meydanda Macarıstan təmsilçisi “Fehervar”la qarşılaşır.
Oxu.Az xəbər verir ki, oyunda ilk yarı başa çatıb.
Birinci hissədə tərəflər hərəyə bir dəfə fərqləniblər.
“Qəbələ”də Rövlan Muradov 34-cü dəqiqədə hesabı açıb.
Rəqib 40-cı dəqiqədə Neqo ilə penaltidən yararlana bilməyib.
Buna baxmayaraq, 44-cü dəqiqədə Zivzivadze qonaqların cavab qolunu vurub.
20:03
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Qəbələ” doğma meydanda Macarıstan təmsilçisi “Fehervar”la qarşılaşır.
Oxu.Az xəbər verir ki, matçda start fiti səslənib.
18:54
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Qəbələ” doğma meydanda Macarıstan təmsilçisi “Fehervar”la qarşılaşacaq.
Oxu.Az xəbər verir ki, komandaların start heyətləri açıqlanıb.
Tərəflər meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
“Qəbələ”: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 4. Ruan Renato, 5. İsnik Alimi, 6. Feras Abu Akal, 7. Rövlan Muradov, 10. Omar Hani, 11. Asif Məmmədov, 23. Rafael Utziq, 27. Məqsəd İsayev, 97. Felipe Santos
Ehtiyat oyunçular: 13. Kristof Atanqana-Assimba, 36. Elməddin Sultanov, 12. Rüfət Əhmədov, 14. Ülvi İsgəndərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov, 44. Salman Ələsgərov, 74. Süleyman Damadayev
Baş məşqçi: Elmar Baxşıyev
“Fehervar”: 1. Daniel Kovaç, 5. Attila Fiola, 8. Yevgeni Makarenko, 9. Budu Zivzivadze, 11. Loik Neqo, 13. Artyom Şabanov, 22. Stopira, 23. Pal Darda, 31. Nikola Serafimov, 55. Marsel Heyster, 94. Klaudiu Bumba
Ehtiyat oyunçular: 42. Emil Rokkov, 6. Peter Pokornı, 7. İvan Petriak, 19. Kenan Kodro, 21. Ruben Pintu, 26. Mixael Lüftner, 29. Jolt Koynok, 65. Silvester Hanqya, 70. Funşo Bamqboye
Baş məşqçi: Mixael Boris
Qeyd edək ki, Qəbələ şəhər stadionundakı qarşılaşma saat 20:00-da başlayacaq. Macarıstandakı ilk matçda “qırmızı-qaralar” 1:4 hesabı ilə uduzub.