KONKAKAF Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda Meksika təmsilçisi "Krus Asul" klubu "Tiqres"ə qalib gəlib - 1:0.
Oxu.Az xəbər verir ki, yeganə qolu 82-ci dəqiqədə penaltidən Anxel Sepulveda vurub.
İlk görüş 1:1 hesablı heç-heçə ilə başa çatdığı üçün "Krus Asul" klubu "Vankuver"lə qarşılaşacaq.
Qeyd edək ki, oyun iyunun 1-də keçiriləcək.