Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Yevlaxda başı kəsilən qadının qızı himayəyə verildi
Yevlaxda başı kəsilərək qətlə yetirilən Elnarə Bəkirovanın 15 yaşlı qızı himayəyə verilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Şəki Apellyasiya Məhkəməsi qərar qəbul edib. Məhkəmənin qərarı ilə qətlə yetirilmiş 1987-ci il təvəllüdlü Elnarə Bəkirovanın 2010-cu il təvəllüdlü qızı Nazilə Bəkirova qadının ailə üzvlərindən alınaraq Yevlax Rayon İcra Hakimiyyətinin himayəsinə verilib.
Xatırladaq ki, Elnarə Bəkirova 2024-cü il martın 2-də həyat yoldaşı Həsrət Bəkirov tərəfindən başı kəsilərək qətlə yetirilib. Cütlüyün birgə nikahdan 6 övladı qalıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Bəkirov 17 il 6 ay azadlıqdan məhrum edilib.
Məhkəmənin hökmü ilə cütlüyün birgə nikahdan olan altı uşağının 5-i - 2011-ci il təvəllüdlü Akif Bəkirov, 2013-cü il təvəllüdlü Elxan Bəkirov, 2016-cı il təvəllüdlü Aişə Bəkirova, 2018-ci il təvəllüdlü Sofiya Bəkirova və 2020-ci il təvəllüdlü Əsəd Bəkirova nəzarət və qulluq edilməsinin təşkil olunması yaşadıqları ərazi üzrə Yevlax Rayon İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik orqanına tapşırılıb. Ailənin 2010-cu il təvəllüdlü övladı Nazilə Bəkirova isə E.Bəkirovanın valideynlərinin himayəsində qalmışdı.
Qətldə təqsirləndirilən Həsrət Bəkirovun barəsində çıxarılmış hökmdən verdiyi apellyasiya şikayəti nəticəsində Şəki Apellyasiya Məhkəməsi hökmdə dəyişiklik edərək ailənin böyük övladını da Yevlax Rayon İcra Hakimiyyətinin himayəsinə verib.
Aqil Vəlili
"Şəki Apellyasiya Məhkəməsi" teqi üzrə xəbərlər
- Məhkəmə qayınatasını 12 bıçaq zərbəsi ilə qətlə yetirən FHN əməkdaşı barədə QƏRAR VERDİ
- Qohumlarını "ASAN xidmət"ə işə düzəltmək adı ilə aldadan qadının cəzası dəyişdirildi
- Xəstənin ölümündə günahlandırılan həkimlə bağlı qərar ləğv edildi
- Küçədə arvadını döydü, qonşusunu bıçaqladı
- Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşının cəzası artırıldı