Mütləq Döyüş Çempionatının (UFC) iki çəki dərəcəsində keçmiş irlandiyalı çempionu Konor Makqreqor pərəstişkarlarına gələn il üçüncü övladı olacağını bildirib.
İdmançı “Instagram” səhifəsində ailəsi - həyat yoldaşı və iki övladının şam ağacının yanında fotoşəkilini yayımlayıb. Şəkildə ultrasəs müayinəsini nümayiş etdiriblər.
“Xahiş edirəm, ailəmin xoşbəxt Milad təbrikini qəbul edin. 2021-ci ildə çox şey gözləyirik”, - deyə o paylaşımına körpə uşaq işarəsi (emoji) qeyd edib.
Посмотреть эту публикацию в Instagram