Kosovo Futbol Federasiyası Avropa Futbol Assosiasiyaları Federasiyasına (UEFA) daxil olub.
Oxu.Az təşkilatın saytına istinadən xəbər verir ki, bu qərar UEFA-nın Budapeştdə keçirilən konqresində səsvermənin nəticələrinə görə qəbul edilib.
Kosovonın UEFA-da üzvlüyünə 28 lehinə, 24 əlehinə səs verilib.
İki bülleten etibarsız hesab edilib. Kosovo Federasiyası UEFA-nın 55-ci üzvü olub.
İndi Kosovo Federasiyası Beynəlxalq Futbol Federasiyasına (FİFA) daxil ola və Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatının seçmə oyunlarında iştirak edə bilər.
Bu məsələ FİFA-nın Mexikoda mayın 12-13də keçiriləcək konqresində nəzərdən keçiriləcək.