Kosta-Rika millisinin üzvləri Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı ilə erkən vidalaşdıqları üçün məyus olublar.
Oxu.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında komandanın kapitanı Joze Morales deyib.
O, buraxdıqları səhvlərin üzərində çalışacaqlarını bildirib:
"Məyusuq. Amma öz üzərimizdə işləməyə davam edəcəyik. Rəqiblərimiz də zəif deyildi. Turnirdə mübarizəni davam etdirən digər yığmalara uğurlar arzulayıram".
O, Bakıdakı turnirin təşkilatçılarına təşəkkür edib:
"Belə yarış üçün ölkənizə minnətdaram. Hər şey mükəmməldir. Az da olsa, Bakını gəzmək şansımız oldu, şəhəriniz də çox gözəldir".
Qeyd edək ki, Kosta Rika millisi bu gün E qrupunun matçında Tailanda 1:4 hesabı ilə uduzub. Əvvəlki iki oyunda da məğlub olan Mərkəzi Amerika təmsilçisi mübarizəni dayandırıb.