Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Kral Kubokunda "Real Madrid" - "Barselona" finalı: Kim öndədir?
İspaniya Kral Kubokunun final mərhələsində ümumilikdə yeddi dəfə "El-Klasiko" baş tutub, yəni "Real Madrid" və "Barselona" klubları kubokun sahibini müəyyən ediblər.
Oxu.Az xəbər verir ki, bu görüşlərin dördündə "Real Madrid", üçündə isə "Barselona" qalib gəlib.
Komandalar arasında ilk final görüşü isə 1936-cı ildə keçirilib. Kubokun builki finalında klubların 8-ci qarşıdurması baş tutacaq.
"Real Madrid" və "Barselona" arasında Kral Kubokunun finalları:
2014, "Real Madrid" - "Barselona" - 2:1;
2011, "Real Madrid" - "Barselona" - 1:0;
1990, "Barselona" - "Real Madrid" - 2:0;
1983, "Barselona" - "Real Madrid" - 2:1;
1974, "Real Madrid" - "Barselona" - 4:0;
1968, "Barselona" - "Real Madrid" - 1:0;
1936, "Real Madrid" - "Barselona" - 2:1.
"El-Klasiko" teqi üzrə xəbərlər
- Ançelotti "El-Klasiko"dakı məğlubiyyətin səbəblərini açıqlayıb
- "El-Klasiko"da fantastik oyun: 7 qol vuruldu
- "El Klasiko"nun hakimi "Barselona" azarkeşi imiş
- "El-Klasiko" öncəsi "fırtına": Peres hotelə gəldi, "Real Madrid" heç bir tədbirə qatılmadı
- El-Klasiko tarixinin ümumi nəticələri - Kim liderdir?