Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Baş nazirdən hərbi kolleclərdə orta ixtisas təhsilini başa vuran kursantlarla bağlı QƏRAR
Nazirlər Kabineti "Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kollecinin, Gəncə Hərbi Kollecinin və Naxçıvan Hərbi Kollecinin yaradılması haqqında" 22 may 2024-cü il tarixli qərarında dəyişiklik edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra adı çəkilən hərbi kolleclərdə orta ixtisas təhsilini başa vuran kursantlara müdafiə nazirinin əmri ilə "gizir" hərbi rütbəsi ilə yanaşı "miçman" hərbi rütbəsi də veriləcək. Bunun üçün hər 3 kollecin nizamnamələrinə dəyişiklik olunub.
"Nazirlər Kabineti" teqi üzrə xəbərlər
- Azərbaycanda qaz təsərrüfatı obyektlərinin lisenziyalaşdırılması üçün əlavə şərtlər genişləndirilib
- Hərbi xidmət və tibbi müayinədən yayınanları nə gözləyir?
- Azərbaycanda köhnə tikililərin sökülməsi ilə üzə çıxan problemlərin həlli üçün təkliflər hazırlanıb
- Azərbaycan nümayəndə heyəti "Rusiya-İslam dünyası: Kazan Forum-2025" forumunda iştirak edib
- Pensiyalarla bağlı təklif üçüncü oxunuşdan keçdi
Ən çox oxunanlar