Futbol üzrə UEFA Avropa Liqasının 2015/2016-cı illər mövsümünün qrup mərhələsinin sonuncu turunun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qəbələ” doğma meydanda Rusiyanın “Krasnodar” klubunu qəbul edib.
Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə bitib.
“Krasnodar”ın heyətində Siqurdson, Pereyra və Vanderson, müvafiq olaraq 25, 41 və 75-ci dəqiqələrdə fərqləniblər.
Bu qrupun digər oyununda Yunanıstanın PAOK klubu səfərdə Dortmundun “Borussiya”sını minimal hesabla məğlub edib.
Beləliklə “C” qrupundan Avropa Liqasının 1/16 mərhələsinə “Krasnodar” və “Borussiya” klubları vəsiqə qazanıblar.
1. “Krasnodar” - 13 xal (6 oyun)
2. “Borussiya” - 10 (6)
3. PAOK - 7 (6)
4. “Qəbələ” - 2 (6)