Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Kristian Horner: Bakıdakı “Formula-1” trası inanılmaz dərəcədə sürətlidir
Bakıda keçirilən F-1 yarışının trası (Bakı Şəhər Halqası) inanılmaz dərəcədə sürətlidir.
Oxu.Az xəbər verir ki, bunu “Red Bull Racing” klubunun rəhbəri Kristian Horner Milli.Az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Bakı Şəhər Halqası sürətli yarış üçün çox uyğundur: “Mən düşünürəm ki, sizin şəhərin küçələri çox gözəl və unikaldır. Sürətli yarış üçün çox uyğundur. Köhnə şəhər ilə yeni şəhərin birləşməsi, unikal qala... Biz mövsümdə sürətlə sürürük. Qısacası, bu şəhərdə "Formula-1" üçün çox əlverişli şərait var və həftəsonu orada gözəl vaxt keçirmək olar”.
K. Horner bildirib ki, "Red Bull Racing"in pilotları Daniel Rikardo və Mark Ferstappen daha böyük uğurlara nail olmaq üçün ciddi şəkildə məşq edirlər: “Onlar yarışa fiziki cəhətdən də hazır olmalıdırlar. Buna görə də ciddi şəkildə məşq edib yarışa hazırlaşırlar. Daha dəqiq desək, onlar mühəndislərlə işləyərək özlərini təkmilləşdirirlər ki, vaxtları boş yerə getməsin”.
E.Ə.
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- KİV: "Trampın xüsusi elçisi Bakıya gəlib"
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək
- "İstirahət hüququmuz pozulur" - Bakıda gecə klubundan ŞİKAYƏT
- Ruben Vardanyan ailəsi ilə telefon danışığı zamanı audiomesaj göndərib