Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Kriştianu Ronaldu beşinci Dünya Çempionatında iştirak edəcək - FOTO
Kriştianu Ronaldu 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatı üçün Portuqaliyanın yekun heyətinə daxil edilib.
Bu barədə cümə axşamı Portuqaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Ümumilikdə heyətə 26 nəfər daxil edilib.
Qeyd edək ki, Ronaldudan öncə beş Dünya Çempionatında yalnız meksikalılar Antonio Karbaxal, Rafael Markes və alman Lotar Matteus iştirak edib. İtaliyalı Canluici Buffon da beş Dünya Çempionatına qatılsa da, dördündə meydana çıxıb.
Portuqaliya H qrupunda Qana (24 noyabr), Uruqvay (26 noyabr) və Cənubi Koreya (2 dekabr) ilə mübarizə aparacaq.
Seçmənin Dünya Çempionatlarında ən yaxşı nəticəsi 1966-cı il turnirində üçüncü yer tutmasıdır.
Mənbə: TASS
"Cənubi Koreya" teqi üzrə xəbərlər
- Cənubi Koreyada meşə yanğınını söndürən helikopter qəzaya uğrayıb
- Cənubi Koreya Konstitusiya Məhkəməsi prezidentin impiçmentini təsdiqlədi
- Cənubi Koreya tarixində baş vermiş ən güclü meşə yanğınları 31 nəfərin həyatına son qoyub
- Cənubi Koreyanın nəhəng şirkətləri Rusiyaya qayıtmağı planlaşdırırlar
- Yer yarıldı, içinə girdi: Seulda dəhşətli hadisənin ANBAAN kadrları