Ulduz futbolçu Kriştianu Ronaldu süni intellekt əsasında işləyən "Perplexity AI" axtarış xidmətinə investisiya edib.
Oxu.Az xəbər verir ki, ulduz futbolçu bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
"Qaliblər heç vaxt öyrənməyi dayandırmır. Heç vaxt sual verməyi dayandırmayın", - deyə paylaşımda qeyd olunub.
"Perplexity"nin rəsmi saytında futbolçuya həsr olunmuş ayrıca bölmə də yaradılıb.