Portuqaliya yığmasının tanınmış hücumçusu Kriştianu Ronaldu Venesuelada baş vermiş dəhşətli zəlzələ zamanı dağıntılar altından sağ çıxarılan uşağa mesaj ünvanlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Novosti Mail" yayıb.
Qısa videoda futbolçu oğlana tezliklə sağalmasını arzulayıb və onu öz matçlarından birinə dəvət edib. "Sənə səmimi qəlbdən sağalma və ən yaxşısını arzulayıram, həm də səni matçıma dəvət edirəm. Qucaqlayıram, dostum!" - deyə nəşr Ronaldonun sözlərini sitat gətirir.
Məşhur oyunçunun diqqət ayırdığı uşaq ağır faciə yaşayıb: zəlzələ nəticəsində o, bütün ailəsini itirib, özü isə elə xəsarətlər alıb ki, həkimlər onun ayağını amputasiya etməyə məcbur olublar.