Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Ən-Nəsr"in yeni baş məşqçisi bəlli oldu
Kriştianu Ronaldunun şərəfini qoruduğu Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunu italiyalı mütəxəssis Stefano Pioli çalışdıracaq.
Oxu.Az xəbər verir ki, bu barədə idman jurnalisti Fabritsio Romano şəxsi "X" sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Stefano Pioli "Ən-Nəsr" klubu ilə müqavilə imzalamaq üçün artıq Ər-Riyada gəlib.
Qeyd edək ki, Stefano Pioli son olaraq 2019-23-cü illərdə İtaliyanın "Milan" klubunu çalışdırıb.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar