Futbol üzrə İtaliya yığmasının müdafiəçisi Corco Kyellini AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib.
Oxu.Az Azerisport.az-a istinadən xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
“Qələbəni əldən verməyimiz əsl rüsvayçılıq olardı. Amma biz bu görüşdə qələbəyə tam layiq idik. Seçmə mərhələyə necə başladığımızı nəzərə alsaq, bu qarşılaşmada da qələbə qazanmağa borclu idik. Avtoqola gəlincə, top qəfildən gəldi və mən onu uzaqlaşdırmağı bacarmadım. Amma şadam ki, bu oyunda pislə yanaşı, yaxşını da bacardım, qələbədə pay sahibi oldum”.
www.oxu.az