Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Lamin Yamal UEFA Millətlər Liqasında rekorda imza atıb
İspaniya millisinin üzvü Lamin Yamal UEFA Millətlər Liqası tarixində qol vuran ən gənc futbolçu olub.
Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, futbolçu bunu ötən gün Millətlər Liqasının 1/4 finalında Niderlanda qarşı cavab matçında reallaşdırıb.
Penaltilər seriyasına qədər uzanan matçın 103-cü dəqiqəsində fərqlənən futbolçu tarixə düşüb. Qarşılaşma zamanı L.Yamal, 17 yaş 258 günlük olub.
Qeyd edək ki, bundan əvvəlki rekord İspaniya yığmasının digər futbolçusu Qaviyə məxsus idi - 17 il 304 gün. O, 2022-ci ildə Çexiyaya qarşı matçda fərqlənməklə UEFA Millət Liqası tarixində qol vurmuş ən gənc futbolçu olmuşdu.
"Lamin Yamal" teqi üzrə xəbərlər
- Messi ən perspektivli 10 futbolçunu seçdi, aralarında türk də var
- Lamin Yamal adını UEFA Çempionlar Liqasının tarixinə yazdırıb
- Lamin Yamal ulduz futbolçunu heyətdə görmək istəmir
- PSJ klubu "Barselona"nın gənc ulduzu üçün rekord transfer təklifi göndərməyi planlayır
- "Qızıl top"un yeni favoriti açıqlandı: Salah liderliyi itirdi