Lautaro Martinez "Atletiko Madrid"də Antuan Qrizmanı əvəz edə bilər.
Oxu.Az "El Chiringuito" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi klubu tərk edə biləcək Qrizmana əvəzləyici axtarır.
34 yaşlı fransız "Los-Anceles"lə danışıqlar aparır. Madridlilər fransızın yerinə "İnter"in hücumçusu Lautaro Martinesi transfer etməyi planlaşdırırlar.
Potensial sövdələşmənin təfərrüatları açıqlanmayıb. Ötən mövsüm Martinez "İnter"in heyətində bütün turnirlərdə 48 oyun keçirib, 22 qol vurub və 7 məhsuldar ötürmə edib.