"Ferrari" komandasının monakolu pilotu Şarl Lekler 2026-cı il mövsümünün "Formula-1" üzrə dünya çempionatının doqquzuncu mərhələsi olan Böyük Britaniya Qran-prisinin qalibi olub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, yarış "Silverstoun" avtodromunda keçirilib.
İkinci yeri "Mercedes"in britaniyalı pilotu Corc Rassell tutub. Üçüncü pillədə isə onun həmyerlisi, "Ferrari"nin pilotu Lyuis Hemilton qərarlaşıb.
Dünya çempionatının onuncu mərhələsi olan Belçika Qran-prisi iyulun 17-19-da keçiriləcək.
Qaynar xətt:
(055) 224 12 12