Almaniyanın “Bavariya” futbol klubunun polşalı forvardı Robert Levandovski yenidən fərqlənib.
Oxu.Az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “Bavariya” evdə “Dinamo” (Zaqreb) görüşüb.
Keçirilən matçda Levandovski “Dinamo”nun qapılarından üç qol keçirib. O, qolları 22, 28, 55-ci dəqiqələrdə vurub.
Oyun 5:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Qeyd edək ki, bir müddət öncə Almaniyanın “Bavariya” futbol klubunun polşalı forvardı Robert Levandovski doqquz dəqiqə ərzində “Volfsburqun” qapılarından beş qol keçirərək, ölkə çempionatında rekorda imza atıb.
Elvin Əhmədov
www.oxu.az