“Bank of Baku” ASC-nin Bakı şəhərində yerləşən 3 filialı fəaliyyətini dayandırıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı bank rəsmi məlumat yayıb.
Bu, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi,17 ünvanında yerləşən “28 may” filialı, Nizami rayonu, Babək prospekti, 2269-cu məhəllə ünvanında yerləşən “Babək” filialı və Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin “D” massivi, Günəşli küçəsində yerləşən “Yeni günəşli” filialıdır.
Məsələ ilə bağlı bankdan isə bildirilib ki, bu qərar filial şəbəkəsinin optimallaşdırılması siyasətinə uyğun qəbul olunub.
Ülviyyə R. Əli
www.oxu.az