Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Liverpul"un baş məşqçisi iki oyunluq cəzalandırıldı
İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Arne Slot iki oyunluq cəzalandırılıb.
Oxu.Az İngiltərə Futbol Assosiasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, buna mütəxəssisin Premyer Liqanın XXIV turunda baş tutan "Everton"la oyundan sonra hakimlərə qarşı nalayiq davranış sərgiləməsi və təhqiramiz ifadələr işlətməsi səbəb olub.
Matçın final fitindən sonra qırmızı vərəqə ilə cəzalandırılan məşqçi həmçinin 80 min avro cərimələnib.
Qeyd edək ki, A.Slot bu gün qarşılaşacaqları "Nyukasl Yunayted"lə XXVII turun matçı ilə yanaşı, növbəti həftə "Sauthempton"la görüşdə də texniki zonada yer almayacaq. Hazırda "Liverpul" 64 xalla turnir cədvəlinə başçılıq edir.
"Liverpul FK" teqi üzrə xəbərlər
- Məhəmməd Salah bu mövsüm rekordlarına daha birini əlavə etdi
- Məhəmməd Salah İngiltərə Premyer Liqasında rekorda imza atdı
- İngiltərə Premyer Liqası: "Liverpul" "Aston Villa" ilə bacarmadı
- Azarkeşlərin tənqidi "Liverpul" klubunu geri addım atmağa məcbur etdi
- Qvardiola üç ulduz futbolçusu ilə yolları ayırmağı PLANLAŞDIRIR