Superliqada “Azəryol”a məğlub olduqdan sonra “Lokomotiv” qadın voleybol klubunun baş məşqçisi Teon Buys işdən azad edilib.
Oxu.Az xəbər verir ki, holland mütəxəssis komandaya ötən ilin yayından başçılıq etməyə başlayıb.
Lakin uğurlu startdan sonra “Lokomotiv” uğursuzluqlarla qarşılaşıb. Komanda çempionatdakı əsas rəqibləri “Rabitə” və “Azəryol”a uduzaraq, cədvəldə 3-cü yerə düşüb, həmçinin Krasnodar “Dinamo”suna məğlub olaraq, CEV Kubokunu tərk edib.
Mövsümün sonunadək komandaya hollandın köməkçisi Sezar Ernandes başçılıq edəcək.
F.H.
www.oxu.az