Martın 23-ü bayram əhval-ruhiyyəli konsertə hazırlaşan müğənni Aysel Əlizadə səhnəni türk musiqisinin tanınmış ifaçılarından olan Murat Dalkılıçla bölüşəcək.
Oxu.Az xəbər verir ki, tamaşaçılar üçün maraqlı proqram hazırlayan hər iki tanınmış sənətçinin duetləri də nəzərdə tutulub.
Nahid Emiloğunun təşkilatçılığı ilə təşkil olunan konsertə sayılı günlər qalan vaxtda Aysel yeni fotosessiyasını mətbuata təqdim edib. Ötən əsrin tərzini xatırladan fotoların müəllifi Kamran Ağayevdir.
A.Əlizadə repertuarını yeni g-funk janrında yazılan musiqisi İslam Şirvani, sözləri Albay Əfəndiyə məxsus “Yeni dünya” mahnısı təzələyib. Konsert üçün yazlıan mahnı janrına görə, Ayselin repertuarında yenidir.
Aytən Sadıqzadə