Bakının qadın voleybol komandası “Lokomotiv” Çempionlar Liqasının 5-ci turu çərçivəsində digər Azərbaycan komandası “Azərreyl”ə qalib gələrək turnirin play-off mərhələsinə vəsiqə qazanıb.
Oxu.Az xəbər verir ki, matç “Lokomotiv”in 3:1 hesablıq ələbəsi ilə başa çatıb - 21:25, 25:22, 25:15, 25:14.
Bu nəticədən sonra “Lokomotiv” 9 xalla “А” qrupunda ikinci yerdə qərarlaşıb. “Dinamo” (Kazan) komandası qrupda 12 xalla birincidir. “Azərreyl” 3 xalla üçüncü pillədə qərarlaşıb. Üç xalı olan “Alyants Ştutqart” (set fərqinə görə) isə sonuncu yerdədir.
Qeyd edək ki, hər qrupdan 2 ən yaxşı nəticə göstərən komanda play-off mərhələsinə vəsiqə qazanır.
F.H.
www.oxu.az