Azərbaycanın qadınlardan ibarət “Lokomotiv” voleybol klubu Super Liqa və Çempionlar Liqasının oyunlarına hazırlığa başlayıb.
Oxu.Az xəbər verir ki, komanda Biləcəridə öz bazasında məşq edir.
Məşqlərdə yalnız iki voleybolçu - Brenda Kastilyo və Özge Kırdar Çemberçi iştirak etmir. Onlar öz yığmalarının tərkibində olimpiya təsnifat turnirlərində iştirak edirlər.
Yanvarın 6-dan 10-a qədər “Lokomotiv” Bakıda Rusiyanın “Proton” klubu ilə müştərək hazırlıq məşqləri keçirəcək. Onlarla iki görüş keçirmək planlaşdırılır.
F.H.
www.oxu.az