Bakının “Lokomotiv” voleybol klubu avrokuboklarda iştirak etmək üçün Avropa Voleybol Konfederasiyasına ərizə verib.
Oxu.Az klubunun rəsmi saytına istinadə xəbər verir ki, Azərbaycan çempionatında 2-ci yer tutan dəmiryolçular Çempionlar Liqasında iştirak edəcək.
Avropanın ən nüfuzlu turnirində Azərbaycanı həmçinin ölkə çempionu “Rabitə” klubu da təmsil edəcək.
Qey edək ki, Çempionlar Liqasının qrup mərhələsinin püşkü iyulun əvvəlində atılacaq.
F.H.
www.oxu.az